Qax rayonu, Respublikamızın şimal-qərbində yerləşir və 1494 kvadrat kilometr ərazini əhatə edir. Bu ərazi şimalda Rusiya, şimal-qərbdə Zaqatala, qərbdə Gürcüstan, cənubda Yevlax və Samux, şərqdə isə Şəki rayonu ilə həmsərhəddir.

Qax rayonu Azərbaycanın ən qədim bölgələrindən biridir və zəngin tarixi keçmişə malikdir. Bu ərazi, əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olan ibtidai tayfaların sıx məskunlaşdığı əsas mədəniyyət mərkəzlərindən biridir. Arxeoloji qazıntılar nəticəsində Qax rayonunda neolit, tunc, ilk dəmir dövrünə aid çoxlu yaşayış yeri və kurqanlar aşkar edilmişdir.

Bu gözəl bölgədə maraqlı məkanlar axtarırsızsa bu düyməni basın:

Daxil ol

Qeydiyyatdan keç

Reset Password

Öz Email və ya istifadəçi adınızı qeyd edin. Sizə yeni şifrə yaratmaq üçün link Emailinizə göndəriləcək